Bakıda kombi oğruları saxlanılıblar

Bakıda kombi oğruları saxlanılıblar Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda kombi oğruları saxlanılıblar.
Hadisə
18 Yanvar , 2019 11:14
Bakıda kombi oğruları saxlanılıblar
0 : 00
0 : 00

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda kombi oğruları saxlanılıblar.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsi ərazisində 6 həyətyanı sahədən su qızdırıcısı və kombi aparatlarının oğurlanması barədə müraciətlər daxil olub.

Müraciətlərlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Onların Lökbatan qəsəbə sakinləri Xəqani CahangirovElnur Hüseynov olduqları müəyyən edilib.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi