Bakıda klinika və kofe klubdan oğurluq edən şəxs tutuldu

Bakıda klinika və kofe klubdan oğurluq edən şəxs tutuldu Bakıda klinikada oğurluq hadisəsi baş verib.
Hadisə
16 Aprel , 2020 13:09
Bakıda klinika və kofe klubdan oğurluq edən şəxs tutuldu

Bakıda klinikada oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul, mobil telefon və gümüş əşyalar, bir klinikadan isə içərisi boş olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirzəyev saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun digər bir nəfərlə birgə rayon ərazisindəki kofe klubundan 8 000 manat dəyərində kofe və avadanlıq oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi