​Bakıda kişinin pul kisəsini oğurlayan qadın tutulub

​Bakıda kişinin pul kisəsini oğurlayan qadın tutulub Faktla əlaqədar cinayət işi başlanıb
Hadisə
19 Avqust , 2015 14:05
​Bakıda kişinin pul kisəsini oğurlayan qadın tutulub

Bakı. 19 avqust. REPORT.AZ/ Bakıda kişinin pul kisəsini oğurlayan qadın tutulub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, avqustun 7-də Pirallahı qəsəbə sakini İsmayıl Abbasov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək içərisində 417 manat, sənəd və hesabında 540 manat olan bankomat kartı olan pul kisəsini itirməsini bildirib.

Araşdırmalar zamanı pul kisəsinin qəsəbə sakini Aygün Əliyeva tərəfindən oğurlanması və kartın hesabında olan 540 manatın çıxarılması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi