Bakıda kişini avtomobil vurub, vəziyyəti ağırdır

Bakıda kişini avtomobil vurub, vəziyyəti ağırdır Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
22 Aprel , 2021 01:41
Bakıda kişini avtomobil vurub, vəziyyəti ağırdır

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 3-cü mikrorayon dairəsi ətrafında təxminən 45 yaşlı kişini "Opel" markalı avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Ona açıq kəllə-beyin travması, qarnın küt travması və daxili qanaxma diqanozları qoyulub.

Vəziyyətinin ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi