Bakıda kişi və qadını maşın vurub

Bakıda kişi və qadını maşın vurub Hadisənin biri Suraxanı, digəri isə Nizami rayonunda baş verib
Hadisə
29 İyul , 2017 08:43
Bakıda kişi və qadını maşın vurub
Report.az

Bakı. 29 iyul. REPORT.AZ/ Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisənin biri Suraxanı, digəri isə Nizami rayonu ərazisində qeydə alınıb.

Hövsan qəsəbəsində 42 yaşlı Bədəlova İlhamə Abdulla qızı yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Nəticədə qadın kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə metronun Neftçilər stansiyasının yaxınlığında qeydə alınıb.

Yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Rzayev Kənan Şərif oğlunu minik avtomobili vurub. Vurulan piyada ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi