Bakıda 54 yaşlı kişi özünə xəsarət yetirib.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü Əliyev Rafiq Oruc oğlu yaşadığı mənzildə özünə bıçaqla xəsarət yetirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.