Bakıda kişi hamilə həyat yoldaşına 19 bıçaq zərbəsi vurub

Bakıda kişi hamilə həyat yoldaşına 19 bıçaq zərbəsi vurub Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Hadisə
12 Avqust , 2019 01:05
Bakıda kişi hamilə həyat yoldaşına 19 bıçaq zərbəsi vurub

Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilərək, həkim nəzarətinə götürülüb. Üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilən qadın cərrahi əməliyyat olunub. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur. Cütlüyün 4 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi