Bakıda kişi duza qoyulmuş xiyardan zəhərlənərək ölüb

Bakıda kişi duza qoyulmuş xiyardan zəhərlənərək ölüb Qohumlar onun ölümündən şübhələndikləri üçün meyiti Ekspertiza və Anatomiya Birliyinə təhvil veriblər
Hadisə
16 Dekabr , 2017 09:03
Bakıda kişi duza qoyulmuş xiyardan zəhərlənərək ölüb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda orta yaşlı kişi konservləşdirilmiş pomidor-xiyardan zəhərlənərək ölüb.

"Report" xəbər verir ki, 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu zəhərlənmə diaqnozu ilə yerləşdirildiyi "MedEra Hospitalı"nda dünyasını dəyişib.

Ölən şəxsin qohumları "Report"a bildiriblər ki, onlarda A.Hümbətovun ölümü ilə bağlı şübhə yarandığı üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Eskpertlər ölümün dəqiq səbəbini araşdırırlar.

Son xəbərlər

Orphus sistemi