Bakıda kişi daşla keçmiş arvadının başını yarıb

Bakıda kişi daşla keçmiş arvadının başını yarıb Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
6 Mart , 2017 17:41
Bakıda kişi daşla keçmiş arvadının başını yarıb

Bakı. 6 mart. REPORT.AZ/ Bakıda kişi keçmiş həyat yoldaşına daşla xəsarət yetirib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu, Azadlıq prospektindəki evlərdən birində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü M.Ələsgərov keçmiş arvadı 1993-cü il təvəllüdlü N.Ələsgərovanın baş nahiyəsinə daşla xəsarət yetirib.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi