Bakıda kişi arvadını 5-ci mərtəbədən ataraq öldürüb

Bakıda kişi arvadını 5-ci mərtəbədən ataraq öldürüb Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda kişi həyat yoldaşını öldürüb.
Hadisə
11 Dekabr , 2018 10:47
Bakıda kişi arvadını 5-ci mərtəbədən ataraq öldürüb
0 : 00
0 : 00

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda kişi həyat yoldaşını öldürüb.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.

Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R.Taxveli saxlanılıb. Məlum olub ki, R. Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi