Yuxarı
    Bağlamaq

    Bakıda keçmiş polis əməkdaşı buz bağlamış eyvandan yıxılaraq ağır xəsarət alıb

    Yaralı xəstəxanaya yerləşdirilib

    Bakı. 1 fevral. REPORT.AZ/ Bakıda keçmiş polis əməkdaşı eyvandan sürüşərək yıxılıb.

    "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Belə ki, 1985-ci il təvəllüdlü Tural Qasımov sərxoş vəziyyətdə eyvana çıxıb. Eyvanın döşəməsini buz bağladığından, o, sürüşüb və binanın ikinci mərtəbəsindən yerə yıxılıb. T.Qasımov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, T.Qasımov əvvəllər Sabunçu Rayon Polis İdarəsində polis serjantı vəzifəsində çalışıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi