Bakıda keçmiş məhkumun üzərindən tapança aşkarlanıb

Bakıda keçmiş məhkumun üzərindən tapança aşkarlanıb 5 ədəd patron və marixuana da aşkarlanaraq maddi sübut kimi götürülüb
Hadisə
15 Noyabr , 2016 12:23
Bakıda keçmiş məhkumun üzərindən tapança aşkarlanıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Bakıda keçmiş məhkumun üzərindən tapança və marixuana aşkarlanaraq götürülüb.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları Binəqədi rayonu ərazisində əvvəllər məhkum olunmuş Sabirabad rayon sakini Səftər İmanovu şübhəli şəxs kimi saxlayıb.

Araşdırma zamanı S.İmanovun üzərindən "Makarov" markalı tapança, patron darağı, 5 ədəd patron və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi