Bakıda keçmiş məhkumdan 1 kq-dan artıq heroin aşkarlanıb

Bakıda keçmiş məhkumdan 1 kq-dan artıq heroin aşkarlanıb Bakıda keçmiş məhkumun üzərindən 1 kiloqramdan artıq heroin aşkar edilib.
Hadisə
23 Sentyabr , 2019 15:28
Bakıda keçmiş məhkumdan 1 kq-dan artıq heroin aşkarlanıb

Bakıda keçmiş məhkumun üzərindən 1 kiloqramdan artıq heroin aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı şəhər Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alğı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. 

Sabunçu rayonunda keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin dələduzluq və mənimsəmə maddələri ilə məhkum olunmuş paytaxt sakini Vaqif Qəmbərov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 1 kiloqram 30 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. V.Qəmbərov narkotik vasitənin ona məxsus olduğunu və bir neçə ay əvvəl şəxsiyyəti istintaqa məlum olmayan tanışından aldığını bildirib. 

O, narkotik vasitəni əldə edəndən sonra yaşadığı Ramana qəsəbəsi ərazisində gizlədib.

Faktla bağlı V.Qəmbərov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Baş İdarənin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi