​Bakıda keçmiş məhkumun məhkəməsi başlayıb

​Bakıda keçmiş məhkumun məhkəməsi başlayıb Məhkəmənin baxış iclası dekabrın 15-nə təyin edilib
Hadisə
10 Dekabr , 2015 14:50
​Bakıda keçmiş məhkumun məhkəməsi başlayıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Rzayev Ələkbər Əziz oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 15-nə təyin edilib.

Qeyd edək ki, Ə.Rzayev bu ilin sentyabr ayında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 2 qram heroin götürülüb. İlkin istintaq zamanı Ə.Rzayevin narkotik aludəçisi olduğu məlum olub. O, əvvəllər qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmaqda təqsirli bilinərək məhkum edilib.

Ə.Rzayev Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi