Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Elçin Cavadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 11-nə təyin edilib.
Qeyd edək ki, bu ilin may ayının 2-də Yasamal rayonunun Vasif Əliyev küçəsi 217 ünvanında, evdə tək yaşayan Bakı şəhər sakini, 41 yaşlı Mirzə Hüseynovun meyiti üzərində kəsilmiş-deşilmiş xəsarətlərlə aşkarlanıb.
Məlum olub ki, bir neçə il əvvəl həbsdən azad olunan M.Hüseynov həmin ünvanda tənha yaşayırmış.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E.Cavadov tərəfindən törədilməsi məlum olaraq həbs edilib.
O, narkotik istifadəçisi olub. Həmin gün E.Cavadov M.Hüseynovun yaşadığı evə narkotik istifadə etməyə gəlib. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə E.Cavadov M.Hüseynovu qətlə yetirib.
E.Cavadov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.