Bakıda keçmiş məhkumu öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakıda keçmiş məhkumu öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
3 Aprel , 2017 23:35
Bakıda keçmiş məhkumu öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 3 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Elçin Cavadovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Cavadovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ötən ilin may ayının 2-də Yasamal rayonunun Vasif Əliyev küçəsi 217 ünvanında, evdə tək yaşayan Bakı şəhər sakini, 41 yaşlı Mirzə Hüseynovun meyiti üzərində kəsilmiş-deşilmiş xəsarətlərlə aşkarlanıb. Məlum olub ki, bir neçə il əvvəl həbsdən azad olunan M.Hüseynov həmin ünvanda tənha yaşayırmış.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E.Cavadov tərəfindən törədilməsi məlum olaraq həbs edilib.

O, narkotik istifadəçisi olub. Həmin gün E.Cavadov M.Hüseynovun yaşadığı evə narkotik istifadə etməyə gəlib. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə E.Cavadov M.Hüseynovu qətlə yetirib.

E.Cavadov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Cavadov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi