Bakı. 13 yanvar.
"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Cavadov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin may ayının 2-də Yasamal rayonunun Vasif Əliyev küçəsi 217 ünvanında, evdə tək yaşayan Bakı şəhər sakini, 41 yaşlı Mirzə Hüseynovun meyiti üzərində kəsilmiş-deşilmiş xəsarətlərlə aşkarlanıb. Məlum olub ki, bir neçə il əvvəl həbsdən azad olunan M.Hüseynov həmin ünvanda tənha yaşayırmış.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E.Cavadov tərəfindən törədilməsi məlum olaraq həbs edilib.
O, narkotik istifadəçisi olub. Həmin gün E.Cavadov M.Hüseynovun yaşadığı evə narkotik istifadə etməyə gəlib. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə E.Cavadov M.Hüseynovu qətlə yetirib.
E.Cavadov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.