Bakıda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə götürülüb

Bakıda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə götürülüb Bakıda keçmiş məhkumlarda külli miqdarda narkotik vasitə aşkarlanıb.
Hadisə
29 Dekabr , 2019 10:41
Bakıda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə götürülüb

Bakıda keçmiş məhkumlarda külli miqdarda narkotik vasitə aşkarlanıb.

“Report”un xəbərinə görə, paytaxtın Binəqədi rayon ərazilərində qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş A.Həmidovdan 174 qram heroin aşkar olunaraq götürülüb.

Bundan başqa, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Binəqədi RPİ-nin 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1972-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş E.Bağırovdan 3,918 qram heroin, 1,835 qram metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi