Bakıda keçmiş məhkumdan külli miqdarda narkotik maddə götürülüb

Bakıda keçmiş məhkumdan külli miqdarda narkotik maddə götürülüb Araşdırma zamanı onun axtarışda olması da müəyyənləşib
Hadisə
20 Noyabr , 2014 18:31
Bakıda keçmiş məhkumdan külli miqdarda narkotik maddə götürülüb

Bakı. 20 noyabr. REPORT.AZ/ Bakıda keçmiş məhkumdan külli miqdarda narkotik maddə olan heroin götürülüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Rövşən Hüseynovdan 540 qram heroin aşkar edilib. Araşdırma zamanı onun Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi