Bakıda keçmiş məhkumda tapança aşkarlanıb.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayon ərazisində qeydə alınıb.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1986-cı il təvəllüdlü, əvəllər məhkum olunmuş A.Məmmədovdan “Makarov” tipli tapança, həmin silaha məxsus 3 ədəd güllə sandıqcası ilə birlikdə aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.