Bakıda keçmiş məhkumdan tapança götürülüb

Bakıda keçmiş məhkumdan tapança götürülüb Bakıda keçmiş məhkumda silah aşkarlanıb.
Hadisə
3 Fevral , 2020 09:25
Bakıda keçmiş məhkumdan tapança götürülüb

Bakıda keçmiş məhkumda silah aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə Nərimanov rayon ərazisində qeydə alınıb.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, 1977-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz narkotik vasitə) maddəsi ilə məhkum olunmuş Z.Kərimovdan nömrəsi silinmiş “Makarov” tipli tapança və 3 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi