Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb

Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb Bakı şəhər sakinindən silah-sursat aşkarlanıb.
Hadisə
17 Dekabr , 2019 12:42
Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb

Bakı şəhər sakinindən silah-sursat aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əsədzadədən nömrəsi silinmiş, lüləsi kəsilmiş “TOZ-B” markalı tüfəng və 5 ədəd patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi