Bakıda keçmiş məhkumdan 25 kiloqram marixuana aşkar edilib

Bakıda keçmiş məhkumdan 25 kiloqram marixuana aşkar edilib Ətrafında aparılan əməliyyat tədbirləri ilə tiryəki ona satan şəxs də tutulub
Hadisə
13 Yanvar , 2017 11:51
Bakıda keçmiş məhkumdan 25 kiloqram marixuana aşkar edilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıda keçmiş məhkumdan 25 kiloqram marixuana aşkar edilib.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunan İsa Abdullabəyovdan 0,738 qram tiryək və 25 kiloqram 217 qram marixuana götürülüb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə tiryəki ona satan Abşeron rayon sakini Sadiq Novruzov da müəyyən edilərək tutulub. Ondan 654 qram tiryək götürülüb.

Son xəbərlər

Orphus sistemi