Bakıda keçmiş məhkumdan 2 kq-dan artıq marixuana aşkar edilib

Bakıda keçmiş məhkumdan 2 kq-dan artıq marixuana aşkar edilib Pirallahı Rayon Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.
Hadisə
22 İyun , 2019 14:09
Bakıda keçmiş məhkumdan 2 kq-dan artıq marixuana aşkar edilib

Pirallahı Rayon Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Salman Usmanov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman əlindəki çantadan ümumi çəkisi 2 kiloqram 300 qram olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı S.Usmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi