Bakıda keçmiş məhkumdan 1 kq-dan artıq metamfetamin götürülüb

Bakıda keçmiş məhkumdan 1 kq-dan artıq metamfetamin götürülüb Bakıda keçmiş məhkumda narkotik vasitə aşkarlanıb.
Hadisə
31 oktyabr 2019 07:53
Bakıda keçmiş məhkumdan 1 kq-dan artıq metamfetamin götürülüb

Bakıda keçmiş məhkumda narkotik vasitə aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayon ərazisində baş verib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcəbədi rayon sakini, 1990-cı il təvəllüdlü N.Tağıyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1.630 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi