Bakıda keçmiş məhkum qadının telefonunu oğurlayıb

Bakıda keçmiş məhkum qadının telefonunu oğurlayıb Bakıda keçmiş məhkum qadının telefonunu oğurlayıb.
Hadisə
29 Noyabr , 2019 10:16
Bakıda keçmiş məhkum qadının telefonunu oğurlayıb

Bakıda keçmiş məhkum qadının telefonunu oğurlayıb.

“Report”un xəbərinə görə, hadisə noyabrın 26-da paytaxtın Səbail rayon ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü V.Əhmədovanın işlədiyi ünvanda onun mobil telefonu naməlum şəxs tərəfindən oğurlanıb.

Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşına müraciət edib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, 1990-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi