Bakıda keçmiş məhkum özünü yandırıb

Bakıda keçmiş məhkum özünü yandırıb Hadisə Sabunçu rayonunda qeydə alınıb
Hadisə
1 Dekabr , 2016 16:01
Bakıda keçmiş məhkum özünü yandırıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda 37 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu R.Axundov küçəsi 10 ünvanında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Fərzani Cəbrayılov üzərinə benzin tökərək özünü yandırmaqla intihara cəhd edib. F.Cəbrayılov yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun dindirilməsi mümkün olmadığından intihara cəhd etməsinin səbəbləri bilinmir.

Qeyd edək ki, F.Cəbrayılov əvvəllər məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi