Bakıda idmançı güllələnib - YENİLƏNİB

Bakıda idmançı güllələnib - YENİLƏNİB Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub
Hadisə
1 Noyabr , 2016 11:46
Bakıda idmançı güllələnib - YENİLƏNİB

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakıda silahlı insident törədən şəxsin adı məlum olub.

“Report”un xəbərinə görə, həmin şəxs 1985-ci il təvəllüdü əvvəllər məhkum olunmuş İlqar Əliyevdir.

Polis əməkdaşları onu tutub.

Xatırladaq ki, hadisə dünən Sabunçu rayonu, İkinci Zabrat qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Abdulov Vasif Yunis oğlu küçədə ov tüfəngindən açılan atəş nəticəsində ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

V.Abdulov əvvəllər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə həbs həyatı yaşayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

V.Abdulov pankration idman növü ilə məşqul olub. Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov "Report"a açıqlamasında həmin şəxsin rəhbərlik etdiyi federasiyanın üzvü olmadığını bildirib.

ilk xəbər saat 09:30-da yayımlanıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakıda silahlı insident olub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, İkinci Zabrat qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Abdulov Vasif Yunis oğlu küçədə odlu silahdan açılan atəş nəticəsində ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. Odlu silahdan atəş açaraq cinayət əməli törədən şəxsin axtarışına başlanılıb.

V.Abdulov əvvəllər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə həbs həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi