Bakıda keçmiş məhkum evdən kombi aparatı oğurlayıb

Bakıda keçmiş məhkum evdən kombi aparatı oğurlayıb Bakıda keçmiş məhkum evdən kombi aparatı oğurlayıb.
Hadisə
16 Oktyabr , 2019 12:14
Bakıda keçmiş məhkum evdən kombi aparatı oğurlayıb

Bakıda keçmiş məhkum evdən kombi aparatı oğurlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də rayon ərazisindəki evlərin birindən kombi aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Muradov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun Ə.Çobanovanın velosipedini oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi