Bakıda keçmiş məhkum bıçaqlanıb

Bakıda keçmiş məhkum bıçaqlanıb Bakıda 41 yaşlı kişini bıçaqlayan gənc saxlanılıb.
Hadisə
21 Dekabr , 2019 09:43
Bakıda keçmiş məhkum bıçaqlanıb

Bakıda 41 yaşlı kişini bıçaqlayan gənc saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 20-də paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ş.Yusifov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.İmaməliyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi