Bakıda keçmiş məhbusdan külli miqdarda narkotik vasitə götürülüb

Bakıda keçmiş məhbusdan külli miqdarda narkotik vasitə götürülüb Hazırda narkotik vasitənin mənbəyi araşdırılır
Hadisə
11 Noyabr , 2014 13:04
Bakıda keçmiş məhbusdan külli miqdarda narkotik vasitə götürülüb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakıda Xaçmaz rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Xaçmaz rayon sakini, əvəllər məhkum olunan 1971-ci il təvəllüdlü Salamat Hacımuradovdan 4 kloqram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Hazırda narkotik vasitənin mənbəyi araşdırılır.

Son xəbərlər

Orphus sistemi