​Bakıda keçmiş həyat yoldaşını bıçaqlayan şəxs tutulub

​Bakıda keçmiş həyat yoldaşını bıçaqlayan şəxs tutulub O, qısqanclıq zəminində keçmiş həyat yoldaşına bıçaqla xəsarətlər yetirib
Hadisə
26 Dekabr , 2015 14:23
​Bakıda keçmiş həyat yoldaşını bıçaqlayan şəxs tutulub

Bakı. 26 dekabr. REPORT.AZ/ Qısqanclıq zəminində keçmiş həyat yoldaşına bıçaqla xəsarət yetirmiş şəxs tutulub.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 25-də Yeni Suraxanı qəsəbəsində yaşayan Sədaqət Quliyevanın həyətinə gəlmiş keçmiş əri Hacıbala Ağazadə qısqanclıq zəminində ona bıçaqla xəsarətlər yetirib.

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Ağazadə tutulub.

Son xəbərlər

Orphus sistemi