Bakıda keçmiş baldızını öldürməyə cəhddə təqsirləndirilən şəxs aclığa başlayıb

Bakıda keçmiş baldızını öldürməyə cəhddə təqsirləndirilən şəxs aclığa başlayıb Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baldızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
22 Oktyabr , 2018 11:19
Bakıda keçmiş baldızını öldürməyə cəhddə təqsirləndirilən şəxs aclığa başlayıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baldızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə iki şahidin məhkəməyə gəlmədiyi elan olunub. 

Məhkəmə həmin şahidlərin barəsində məcburi gətirilmə barədə qərar çıxarıb. 

Daha sonra D.Təhməzov  məhkəmədə deyib ki, ona qarşı irəli sürülmüş ittiham çox ağırdır. O, buna görə, aclığa başladığını söyləyib. 

Hakim isə təqsirləndirilən şəxsi bu fikirdən daşındırmağa çalışıb. 

Məhkəmənin növbəti iclası oktyabrın 29-na təyin edilib. 

Qeyd edək ki, Ağcabədi rayon sakini D.Təhməzov həyat yoldaşı ilə boşanıb. O, keçmiş həyat yoldaşından uşaqlarını görmək istədiyini tələb edib.

Daha sonra D.Təhməzov Bakıda keçmiş baldızı Nuranə Fərzəliyeva ilə uşaqlarını görmək üstündə mübahisə edib. Nəticədə o, N.Fərzəliyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan D.Təhməzovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi