Bakıda keçmiş arvadını və iki uşağını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda keçmiş arvadını və iki uşağını bıçaqlayan şəxsin məhkəməsi başlayır Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Afik Əhmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
Hadisə
189
9 May , 2021 09:24
Bakıda keçmiş arvadını və iki uşağını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Afik Əhmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, hadisə 2020-ci ilin oktyabr ayında Binə qəsəbəsində baş verib. Məhəllə 2146-23 ünvanında yaşayan 1975-ci il təvəllüdlü Əhmədova Elnurə Zakir qızı, onun oğlu 1999-cu il təvəllüdlü Əhmədov Kamran Afik oğlu və qızı 2003-cü il təvəllüdlü Əhmədova Günel Afik qızı müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, hadisəni törədən A.Əhmədov olub. O, hadisədən bir neçə il əvvəl E.Əhmədova ilə boşanıb. Hər iki uşaq isə anasının himayəsində yaşayıb. Keçmiş ailə üzvlərini bıçaqlayan A.Əhmədov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi