Bakıda keçmiş arvadını öldürən şəxsə hökm oxunub

Bakıda keçmiş arvadını öldürən şəxsə hökm oxunub Bakıda keçmiş həyat yoldaşını və onun anasını avtomobillə vurmaqda və bıçaqlamaqda təqsirləndirilən Fədai Atakişiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
19 May , 2022 15:16
Bakıda keçmiş arvadını öldürən şəxsə hökm oxunub

Bakıda keçmiş həyat yoldaşını və onun anasını avtomobillə vurmaqda və bıçaqlamaqda təqsirləndirilən Fədai Atakişiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report" xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə onun barəsində Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, hadisə 2019-cu ilin avqustunda paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü F.Atakişiyev idarə etdiyi “Opel” markalı avtomobillə yolun kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Budaqovanı vurub. Daha sonra F.Atakişiyev avtomobilindən düşərək R.Budaqovanı və onun anası Narın Ağayevanı bıçaqlayıb.

F.Atakişiyev barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi