Bakıda keçmiş arvadına qayçı ilə xəsarət yetirən şəxsin məhkəməsi başlayıb

Bakıda keçmiş arvadına qayçı ilə xəsarət yetirən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası sentyabrın 29-a təyin edilib
Hadisə
21 Sentyabr , 2016 13:02
Bakıda keçmiş arvadına qayçı ilə xəsarət yetirən şəxsin məhkəməsi başlayıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəmsində həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilərən Ramazan Dünyamalıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 29-a təyin edilib.

Qeyd edək ki, Abşeron rayonu Xırdalan şəhərinin 28-ci məhəlləsində şəhər sakini R.Dünyamalıyev münaqişə zəminində keçmiş arvadı 1988-ci il təvəllüdlü Şəbnəm Mürşüdovaya qayçı ilə xəsarət yetirib hadisə yerini tərk edib. Yaralı ailə üzlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər. R.Dünyamalıyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulararaq istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi