Bakıda keçiddən istifadə etməyən piyada qəzaya səbəb olub - FOTO

Bakıda keçiddən istifadə etməyən piyada qəzaya səbəb olub - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Yanvar , 2015 09:46
Bakıda keçiddən istifadə etməyən piyada qəzaya səbəb olub - FOTO

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakıda keçiddən istifadə etməyən piyada qəzaya səbəb olub.

"Report"un məlumatına görə, qəza Xətai rayonunun Babək prospektində qeydə alınıb.

Belə ki, prospektlə hərəkət edən Salmanov Orxan Elşən oğlunun idarə etdiyi "BMW" markalı avtomobilin qarşısına qəfil piyada çıxıb. Üzü şəhər istiqamətində hərəkət edən sürücü keçiddən istifadə etməyən piyadanı vurmamaq üçün maşını sola çəkib. O, əvvəlcə işıq dirəyini aşırıb. Daha sonra qarşı yola çıxaraq yol kənarındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət almasa da, avtomobil yararsız hala düşüb. Avtomobilin yanma təhlükəsi yarandığından Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətti"nə məlumat verilib. Hadisə yerinə gələn yanğınsöndürənlər avtomobilin yanmasının qarşısını ala biliblər. Həmçinin hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da gəliblər.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi