Bakıda masaj salonunun fəaliyyəti dayandırıldı, sahibi və işçiləri cərimələndi

Bakıda masaj salonunun fəaliyyəti dayandırıldı, sahibi və işçiləri cərimələndi Bakının Xətai rayonunda xüsusi karantin rejimin qayda və tələblərinin şərtlərinin pozulması ilə müşayiət olunan “Magic Tours - Massage Center” aşkar olunaraq fəaliyyəti dayandırılıb.
Hadisə
1852
5 Avqust , 2020 18:21
Bakıda masaj salonunun fəaliyyəti dayandırıldı, sahibi və işçiləri cərimələndi

Bakının Xətai rayonunda xüsusi karantin rejimin qayda və tələblərinin şərtlərinin pozulması ilə müşayiət olunan “Magic Tours - Massage Center” aşkar olunaraq fəaliyyəti dayandırılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində sahibkarlıq subyektinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı S.Sultanlı 6 000 manat, digərləri 100 manat cərimə olunublar.

Orphus sistemi