Bakıda karantini pozan kafe sahibi həbs edildi

Bakıda karantini pozan kafe sahibi həbs edildi Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.
Hadisə
1 İyun , 2020 16:21
Bakıda karantini pozan kafe sahibi həbs edildi

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, hadisə mayın 30-u saat 22 radələrində paytaxtın Binəqədi rayonunda yerləşən "Təklə məkan" kafesində qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində həmin kafenin xüsusi karantin qaydalarını pozaraq fəaliyyət göstərdiyi məlum olub.

Müvafiq tədbirlərlə kafenin sahibi, 1971-ci il təvəllüdlü Hüseyn Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə H.Hüseynov barəsində 1 ay inzibati həbs təhbeh növü tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi