Bakıda karantini pozan kafe aşkarlandı, 6 nəfər cərimələndi

Bakıda karantini pozan kafe aşkarlandı, 6 nəfər cərimələndi Binəqədidə karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilib, obyektdə olan 6 nəfər inzibati qaydada cəzalandırılıb.
Hadisə
13 Aprel , 2020 14:38
Bakıda karantini pozan kafe aşkarlandı, 6 nəfər cərimələndi

Binəqədidə karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilib, obyektdə olan 6 nəfər inzibati qaydada cəzalandırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən “Kəndimiz” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafedə karantin qaydalarını pozan 6 nəfər saxlanılaraq 5-ci Polis Bölməsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Obyektin sahibinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi