Bakıda ötən il oğurluq edən şəxs tutulub.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Yeni Suraxanı qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxs qəsəbə ərazisində olan 2 kanalizasiya quyusunun qapaqlarını oğurlayıb.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən C.Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.