Bakıda “KamAZ”la minik avtomobili toqquşub

Bakıda “KamAZ”la minik avtomobili toqquşub Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
25 Aprel , 2021 01:14
Bakıda “KamAZ”la minik avtomobili toqquşub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan minik avtomobili “KamAZ” markalı yük avtomobil toqquşub.

Hadisə zamanı minik avtomobilinin sürücüsü, Rzayev Nurlan Əlirza oğlu bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sağ ayağının sınığı və bədəninin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi