Yuxarı

Bakıda "KamAZ"ın yükü fəhlələrin üstünə aşıb, bir nəfər ölüb, biri yaralanıb

Hadisə Binəqədi şosesində yerləşən tikinti materialları anbarında baş verib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bakıda yük boşaldan fəhlə bədbəxt hadisə nəticəsində ölüb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 9-da Binəqədi şosesində yerləşən tikinti materialları anbarında Sumqayıt şəhər sakini Əhməd Cəfərov və Yevlax rayon sakini Aslan İlyasov, Elşad Qafarova məxsus "KamAZ" markalı avtomobildən tikinti materialları boşaldarkən yük üstlərinə aşıb. 

Ə.Cəfərov hadisə yerində ölüb, xəsarət alan A.İlyasov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi