Bakı. 24 yanvar. REPORT.AZ/ Bakıda kafelərdən birində dava düşüb.
“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu, H.B.Əliyev küçəsi ev 14 ünvanında yerləşən kafedə qeydə alınıb.
Burada naməlum şəxs Balakən rayon sakinləri 1994-cü il təvəllüdlü Rüstəm Qantıyevin və Yaqub Mağlıyevin qol və ayaq nahiyələrinə bıçaqla xəsarət yetirib.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.