Bakıda kafedən oğurluq edən şəxs tutulub

Bakıda kafedən oğurluq edən şəxs tutulub Əlisahib Bədəlov yanvarın 10-da rayon ərazisindəki kafelərdən birindən 253 manat və mobil telefon oğurlayıb
Hadisə
4 Fevral , 2016 11:44
Bakıda kafedən oğurluq edən şəxs tutulub

Bakı. 4 fevral. REPORT.AZ/ Bakıda kafedən oğurluq edən şəxs tutulub.

"Report" Daxili İşlər Nazirliyi (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisindəki kafelərdən birindən 253 manat və mobil telefon oğurlayan Bakı şəhər sakini Əlisahib Bədəlov tutulub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi