Bakıda kafedə qadın ofisiantlar arasında dava düşüb, onlardan biri bıçaqlanıb

Bakıda kafedə qadın ofisiantlar arasında dava düşüb, onlardan biri bıçaqlanıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
25 Yanvar , 2017 10:19
Bakıda kafedə qadın ofisiantlar arasında dava düşüb, onlardan biri bıçaqlanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakıda kafedə qadın ofisiantlar arasında dava düşüb.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Binəqədi qəsəbəsində məhəllədə fəaliyyət göstərən kafedə iki qadın ofisiant arasında dava düşüb. Mübahisə zamanı Xəyalə Əsgərova həmkarı Aynur Kərimovanın ayaq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Ağır xəsarət alan A.Kərimova 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları X.Əsgərovanı şübhəli şəxs qismində saxlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi