Bakıda kafedə partlayış nəticəsində ölən şəxslərin adları məlum olub - VİDEO

Bakıda kafedə partlayış nəticəsində ölən şəxslərin adları məlum olub - VİDEO Onlar kafenin işçiləri olub
Hadisə
21 May , 2018 17:00
Bakıda kafedə partlayış nəticəsində ölən şəxslərin adları məlum olub - VİDEO
Report
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ Bakıda kafedə partlayış nəticəsində ölən şəxslərin adları açıqlanıb.

“Report”un xəbərinə görə, ölən şəxslər kafenin işçiləri olub. Onlardan birinin adı Gülnaz, digərinin adı Zöhrabdır (soyadları dəqiqləşdirilir).

Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürən hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi