Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mirzağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M.Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin dekabr ayında Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində baş verib.