Bakıda kafedə müştərilərdən biri döyülərək ağır xəsarət alıb

Bakıda kafedə müştərilərdən biri döyülərək ağır xəsarət alıb Hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb
Hadisə
24 Oktyabr , 2016 15:08
Bakıda kafedə müştərilərdən biri döyülərək ağır xəsarət alıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Yasamal rayonunda 30 yaşlı kişi döyülərək ağır xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən "Günəş" kafesində qeydə alınıb.

1986-ci il təvəllüdlü Şirvan şəhər sakini Hüseynov Elməddin Mötəbər oğlu kafedə müştəri qismində əyləşib. Yeyib-içdikdən sonra sərxoş vəziyyətdə olan E.Hüseynov digər masada əyləşən müştərilərin ünvanına nalayiq ifadələr işlədib. Mübahisə düşüb, nəticədə E.Hüseynov döyülüb.

Ağır xəsarət alan yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi