Bakıda kafedə dava zamanı bir nəfər ağır xəsarət alıb

Bakıda kafedə dava zamanı bir nəfər ağır xəsarət alıb Nəticədə 34 yaşlı Yevgeniy Karol Anatoliyeviç bir neçə bıçaq xəsarəti alıb
Hadisə
15 May , 2017 08:17
Bakıda kafedə dava zamanı bir nəfər ağır xəsarət alıb
Courtesy İmage

Bakı. 15 may. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Firudin Ağayev küçəsində fəaliyyət göstərən kafelərdən birində əlbəyaxa dava olub. Nəticədə 34 yaşlı Yevgeniy Karol Anatoliyeviç bir neçə bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi